Külək güclənəcək - PROQNOZ
29 may 2020 13:12 (UTC +04:00)

Külək güclənəcək - PROQNOZ


30 mayda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, mayın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi gündüz güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz  24-27, Bakıda gecə 18-20, gündüz  24-26 dərəcə isti olacaq.

Mayın 30-da Azərbaycanın əsasən  dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 16-21, gündüz 31-36, dağlarda gecə  9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, mayın 30-u gündüzdən 31-i axşamadək  Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

# 5557
avatar

Oxşar yazılar