Bakı Limanında QÜRURVERİCİ bayram aksiyası - FOTO - VİDEO
28 may 2020 10:26 (UTC +04:00)

Bakı Limanında QÜRURVERİCİ bayram aksiyası - FOTO - VİDEO


28 May Respublika Günü ilə əlaqədar olaraq Bakı Limanının quru yük terminalında 54 konteynerdən istifadə olunaraq "AZƏRBAYCAN" sözü yazılıb.

Bakı Limanından "APA-Econimics"ə verilən məlumata görə, hər bir hərif 23 metrdən hündür olmaqla, 7 metrə yaxın bir ərazini əhatə edir.

Əlavə olaraq COVID-19 zamanı ümumrespublika birlik simvoluna çevrilən #BizBirlikdəGüclüyük hashtagi, dövlət bayrağımız və Bakı Limanının loqosunun əks olunduğu konteynerlər də kompozisiyanı tamamlayıb.

Xatırladaq ki, #BizBirlikdəGüclüyük ümumrespublika kampaniyası çərçivəsində Bakı Limanı tərəfindən limanın yerləşdiyi Ələt qəsəbəsində yaşayan 300 ailəyə ərzaq yardımı olunub.

# 5122
avatar

Oxşar yazılar