13:56
20 May 2020

Azər Talıbov Rusiyada nazir müavini vəzifəsindən çıxarıldı

Rusiyanın baş naziri Mixail Mişustin Azər Talıbovu İqtisadi İnkişaf nazirinin müavini vəzifəsindən azad edib.

APA-nın məlumatına görə, baş nazirin əmrində A. Talıbovun öz ərizəsi əsasında vəzifəsindən azad olunduğu bildirilir.

Azər Mütəllim oğlu Talıbov 2017-ci ilin yanvarında bu vəzifəyə təyin olunmuşdu.

Bundan əvvəl o, Rusiya bankı sədrinin katibliyinin və Rusiya prezidenti köməkçisi Aparatının rəhbəri olub.

2008-2012-ci illərdə iqtisadi inkişaf nazirinin köməkçisi işləyib. 2002-ci ildən isə sözügedən nazirlikdə müxtəlif vəzifələrdə çalışıb.

Dİgər xəbərlər