“Neymarı almaq Peresin xəyalıdır” – menecer
19 may 2020 18:56 (UTC +04:00)

“Neymarı almaq Peresin xəyalıdır” – menecer


PSJ-nin hücumçusu Neymarın keçmiş meneceri Vaqner Ribeyro maraqlı açıqlama ilə diqqət çəkib.

Apasport.az saytının məlumatına görə, o, braziliyalı forvardın transferi üçün keçən il “Real”ın prezidenti Florentino Pereslə görüşdüyünü etiraf edib.

Ribeyronun sözlərinə görə, Madrid klubunun rəhbəri hələ də 28 yaşlı superulduzu almaq niyyətindədir: “Düşünürəm ki, Neymar PSJ-də qalacaq, çünki transfer bazarı fərqli oldu. Dünya futbol iqtisadiyyatı dəyişəcək. Bir neçə dəfə Madridə getdim, çünki Peresin məqsədi Neymarı almaq idi. Ötən ilin mayında onun kabinetində oldum. Peres mənə dedi ki, Neymarla müqavilə imzalamaq xəyalıdır”.

Qeyd edək ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan keçib.

# 3247
avatar

Oxşar yazılar