Tanınmış fransız aktyor vəfat etdi
18 may 2020 19:23 (UTC +04:00)

Tanınmış fransız aktyor vəfat etdi

Fransanın teatr və kino aktyoru Mişel Pikkoli 94 yaşında iflicdən dünyasını dəyişib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Pikkoli mayın 12-də vəfat etsə də, lakin yaxınları bu haqda yalnız indi xəbər veriblər. Pikkolinin ölüm səbəbini onun dostu, aktyor və Kann festivalının keçmiş direktoru Jil Jakob açıqlayıb. 

Mişel Pikkoli dəfələrlə Fransanın “Sezar” kino mükafatına layiq görülüb. O, Jan-Lyuk Qodarın “Nifrət”, Luis Bunyelin “Burjuaziyanın təvazökar cazibəsi" və “Gündüz gözəlliyi” filmlərində rol oynayıb. 

 

# 4873
avatar

Oxşar yazılar