16:00
16 May 2020

Gözlənilməz yenilik: avtomobillərə də "QARA QUTU" qoyulacaq

Türkiyədə 2022-ci ildən avtomobillərə təyyarələrdə olduğu kimi, qara qutuya bənzər sistem qoyulacaq.

Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, sürücülər tərəfindən bağlanılması mümkünsüz olan bu sistemin bütün məlumatları qapalı saxlanılacaq.

Yeni avtomobillərdə ağıllı sürət dəstəyi, sərxoş halda maşını xoda salma hazırlığı, sürücünün fikri yayındığı halda siqnal xəbərdarlığı, təcili dayanma xəbərdarlığı, əks reaksiya və hadisə yeri haqqında məlumat vermə funksiyaları çətinləşəcək. Buna görə də yeni sistemin 2022-ci ildən avtomobillərə əlavə edilməsi düşünülür.

Qəza olan və ondan əvvəlki anı qeydə alan yeni sistem avtomobilin sürətini, tormozlamasını, yerini, aşmasını, digər bütün təhlükəsizlik sistemlərinin fəaliyyəti haqqında məlumatları da toplayacağı bildirilir.

Dİgər xəbərlər