Ukrayna Rusiyanın bir sıra məşhur müğənnilərinin YouTube kanallarına ölkə ərazisində girişin məhdudlaşdırıldığını açıqlayıb.
Lent.az xəbər verir ki, bu barədə “Газета.Ru” məlumat yayıb.
Siyahıda Filipp Kirkorov, Valeriya və Qriqori Leps də daxil olmaqla onlarla rusiyalı sənətçinin olduğu bildirilir.
Qərarın Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının tətbiq etdiyi sanksiyalarla əlaqəli olduğu qeyd edilir.