Rusiyada güclü yanğında 9 nəfər öldü
11 may 2020 02:28 (UTC +04:00)

Rusiyada güclü yanğında 9 nəfər öldü

 

Rusiya paytaxtı yaxınlığında, Krasnoqorsk şəhərində xüsusi hospisdə - tibbi-sosial müəssisədə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb. Daha 9 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın barədə yerli FHN-ə məlumat gecə saatlarında daxil olub. Əraziyə gələn yanğınsöndürənlər binanın ikinci mərtəbəsində açıq alovun qarşısını alıb.

Hospisin binasında 29 nəfər olub. Yanğınsöndürənlər gələnə qədər 11 nəfər özü binanı tərk edib, binada isə 18 yataq xəstəsi qalmışdı. Onların hamısı hospisdə məskunlaşan ahıl yaşlı insanlar olub.

Hadisənin təfərrüatlarını prokurorluq orqanları araşdırır.

# 2358
avatar

Oxşar yazılar