23:44
06 May 2020

Koronavirusla bağlı çox vacib kəşf astanasında olan professor öldürüldü

ABŞ-da COVID-19-la bağlı “mühüm bir kəşfin astanasında” olan professor qətlə yetirilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, başında, boynunda və bədənində güllə yaraları olan Pittsburq universitetinin professoru Binq Lyunun meyiti evində tapılıb.

Onun evinin yaxınlığında isə Lyunu güllələyən şəxsin meyiti aşkarlanıb. O, professoru güllələyəndən sonra maşınının yanına gələrək özünü də öldürüb. Polis hesab edir ki, onlar bir-birini tanıyıblar, eyni zamanda qətlin irqi əsaslı olmadığı versiyasını da söyləyiblər.

Universitetdən verilən məlumata görə, Binq SARS-CoV-2 infeksiyasının hüceyrə mexanizmlərini və sonrakı ağırlaşmaların əsas səbəbini müyyənləşdirmək üçün çox vacib kəşflər hazırlamaq ərəfəsində idi.

Dİgər xəbərlər