19:21
06 May 2020

Koronavirus aramızda dolaşır, hər yerdə qarşımıza çıxa bilər - Nazir

“Türkiyə COVİD-19-la mübarizəsinin ilk mərhələsini uğurla tamamladı”.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun toplantısından sonra belə bildirib.

Nazir deyib ki, hazırda Türkiyə COVİD-19-la mübarizənin ikinci mərhələsinə - nəzarətli sosial həyat mərhələsinə keçib. Bu mərhələdə maska ilə küçəyə çıxmaq, sosial məsafəni gözləmək və gigyenik tələblərə əməl etmək şərtləriniə daha geniş sahədə nəzərər alınmalıdır: “Bu həftə ilk dəfə sağalan xəstə sayımız mövcud xəstə sayını aşdı. Hazırda yeni mərhələnin ilk günlərindəyik. Uğurlarımız yenə də tədbirlərə və qaydalara düzgün əməl etməyimizdən asılıdır. Virus hazırda aramızda dolaşmağa davam edir, hər yerdə qarşımıza çıxa bilər. Odur ki, eyni tədbirləri daha geniş bir sahədə tətbiq etmə mərhələsinə keçirik”.

Nazir deyib ki, pandemiya sonrası cəmiyyət əvvəlki normal həyata dönməyəcək, əksinə, yeni həyatın normalarına hazırlıq mərhələlərinə keçid olacaq: “Pandemiya xəstəliyi qarşısında qazandığımız təcrübəni unutmamalıyıq. COVID-19 ikinci dünya savaşından sonra bütün dünya üçün problemə çevrilən ilk hadisədir. Bərbərxanaya gedəcəyik, amma orda qaydalara düzgün əməl edib-edilməyəcəyinə baxacağıq, eləcə də ticarət mərkəzlərinə və digər ehtiyacımız olan yerlərə”.

Dİgər xəbərlər