2937
10:42
05 May 2020

Ermənistanda DƏHŞƏTLİ HADİSƏ: ata iki uşağı ilə birlikdə...

Ermənistanın paytaxtı İrəvan şəhərində ata iki uşağı ilə birlikdə özünü 9-cu mərtəbədən atıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında paytaxtda yerləşən binalarından birində qeydə alınıb.

Hadisə yerində 40 yaşlı Karen M., 8 yaşlı oğlan uşağı və 5 yaşlı qız uşağının meyitlərini aşkarlayıblar.

Hadisə şahidlərinin sözlərinə görə, şəhər sakini övladlarını 9-cu mərtəbədən atdıqdan sonra özünü də binadan atıb.

Faktla bağlı araşdırma aparılır.