23:59
02 May 2020

Türkiyədə atışma: 2 jandarma öldü, 4-ü yaralandı

Türkiyənin Bitlis vilayətinin Sehi bölgəsində Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) əməkdaşları ilə terrorçular arasında qarşıdurma yaranıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə DİN açıqlama yayıb.

Açıqlamada bildirilib ki, DİN-in şəhər Jandarma Komandirliyi tərəfindən mərkəzin Sehi rayonu yaxınlığında həyata keçirilən "Şəhid Jandarma Mütəxəssisi Erhan Bahargülü" əməliyyatı çərçivəsində bir qrup terrorçu ilə silahlı qarşıdurma yaranıb. Qarşıdurmada iki jandarma çavuşu şəhid olub və 4 jandarma əməkdaşı yaralanıb.

Bölgədə əməliyyatların davam etdiyi bildirilib.

Dİgər xəbərlər