6226
12:34
24 Aprel 2020

Deputat bu insanlara da 190 manat verilməsini istəyir

“Kəndlərdə adına kiçik pay torpağı olan insanlara da 190 manat birdəfəlik yardım şamil edilməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında deputat Əli Məsimli bildirib.

Ə. Məsimli deyib ki, yerli icra strukturları kəndlərdə məhəllə-məhəllə hansı ailələrin yardıma ehtiyacı olduğu barədə siyahılar hazırlayıb: “Bu məlumatlar da sosial yardımlar üçün istifadə edilməlidir. Ümumiyyətlə, sosial yardım sistemi təkmilləşdirilməlidir”.