Paskal Qross və Lamin Yamal hər biri 40 şans yaradıblar - bu, ilk beş liqadakı digər oyunçulardan daha çoxdur.
Lamin Yamal və Paskal Qross 2026/27 mövsümündə Avropanın ilk beş liqasında qol şansı yaratma üzrə ən yaxşı oyunçular olublar.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, hər iki oyunçu bütün klub yarışlarında komanda yoldaşları üçün 40 şans yaradbılar.
19 yaşlı "Barselona" ulduzunun reytinqin başında olması təəccüblü olmasa da, onun "Brayton"un 35 yaşlı yarımmüdafiəçisi ilə yanaşı yer alması əsl sürprizdir.
Yamal və Qrossun ilk beş liqada 40 qol şansına çatan yeganə oyunçular olması diqqət çəkir. Ən yaxın təqibçilər "Bavariya"dan Maykl Olise (36), “Lens”dən Florian Toven (33) və “Real”dan Arda Gülerdir (31).
Yamal 19 yaşında dominantlıq etməyə davam edir
Bu mövsüm gənc ispan oyunçunun inanılmaz istedadının daha bir sübutu olub.
Yamal Hansi Flikin “Barselona” hücumlarının əsas memarlarından biri olaraq qalır. O, müntəzəm olaraq topu sağ cinahdan qəbul edir, rəqiblərini məğlub edir və mərkəzə yaxınlaşaraq komanda yoldaşları üçün yer yaradır.
Lakin İngiltərədə daha maraqlı bir hekayə baş verir.
Qross “Brayton”da ikinci gənclik illərini yaşayır.
2026-cı ilin yanvar ayında alman yarımmüdafiəçi Dortmund “Borussiya”sında bir il yarım oynadıqdan sonra “Brayton”a qayıdıb.
34 yaşında o, tədricən yüksək səviyyədə karyerasının sonuna yaxınlaşıb. Lakin tanış komandasına qayıtması ona yeni bir təkan verib.
Bu mövsüm Qross artıq bütün yarışlarda dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Üstəlik, onun Premyer Liqadakı dörd məhsuldar ötürməsinin hamısı ardıcıl üç oyunda - "Koventri", "Arsenal" və "Sanderlend"ə qarşı oyunlarda olub.
Bu sonuncu nailiyyət onu 2012-ci ildə Rayan Qiqqzdən bəri ardıcıl üç oyunda məhsuldar ötürmə edən ən yaşlı Premyer Liqa oyunçusu edib.
Bundan əlavə, Qross sentyabr ayı üçün Premyer Liqanın ayın oyunçusu seçilib.