04:00
11 Aprel 2020

ABŞ-da koronavirusa yoluxanların sayı 500 mini keçdi

ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 500 mini keçib. 18 mindən çox amerikalı isə bu virusun qurbanına çevrilib.

APA xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin məlumatında qeyd edilib.

Bildirilir ki, ölkədə təsdiqlənmiş virusa yoluxma hallarının sayı son bir gün ərzində 33 255 nəfər artaraq ümumilikdə 501 821 nəfərə çatıb. Son 24 saatda 2013 nəfər də eyni diaqnozdan dünyasını dəyişib. Ölənlərin ümumi sayı isə hazırda 18 695 nəfər təşkil edir. Bununla da ABŞ dünyada COVID-19 virusundan ölənlərin sayına görə İtaliyanı geridə qoymaqla birinci yeri tutub.

Bu günə qədər ABŞ-da 27 239 nəfər müalicə üsulu ilə koronavirusdan xilas oluna bilib.

Dİgər xəbərlər