Koronavirus Madrid klubunun əfsanəvi futbolçusunu öldürdü
09 aprel 2020 13:27 (UTC +04:00)

Koronavirus Madrid klubunun əfsanəvi futbolçusunu öldürdü

“Atletiko”nun keçmiş yarımmüdafiəçisi Liqel Cons 81 yaşında koronavirusdan ölüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda Madrid klubunun rəsmi saytında məlumat yayılıb. 

“Atletiko”nun əfsanəvi futbolçusu uzun müddət xərçənglə mübarizə aparıb, ölümünə səbəb isə koronavirus pnevmaniyası olub. 

Cons “Atletiko”nun heyətində 1966-cı ildə İspaniya çempionu olub, üç dəfə ölkə Kubokunu (1960, 1961, 1965), eləcə də Kuboklar Kubokunu (1962) qazanıb. 

 

# 1564
avatar

Oxşar yazılar