Maşını beton dirəyə çırpdı: sürücü və sərnişin öldü
07 aprel 2020 15:43 (UTC +04:00)

Maşını beton dirəyə çırpdı: sürücü və sərnişin öldü

Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə aprelin 6-da saat 7 radələrində Lökbatan qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini Əlihüseyn Vəliyev idarə etdiyi “VAZ-21144” markalı avtomobili yolun kənarındakı yerüstü piyada keçidinin beton dirəyinə vurub. Nəticədə sürücü və sərnişinlərindən paytaxt sakini Əli Abasquluzadə hadisə yerində ölüb, xəsarət alan digər sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsndə araşdırma aparılır.

# 1002
avatar

Mehman Nəbiyev

Oxşar yazılar