1216
18:24
06 Aprel 2020

Pensiyaları bütün bankomatlardan komissiyasız almaq olar

COVID-19 koronavirus infeksiyası ilə bağlı elan edilmiş karantin dövründə pensiyaçı müştərilərin sağlamlığı qayğısına qalaraq onlara daha bir imkan yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri də aprelin 8-dən etibarən iki ay müddətində öz pensiyalarını ölkəmizdəki bütün bankların və Azərpoçt-un bankomatlarında komisyonsuz nağdlaşdıra bilərlər.

Vətəndaşların öz pensiyalarını yaşadıqları ərazidə, onlara ən yaxın bankomatda ala bilməsi xüsusilə pensiyaların verildiyi günlərdə bankomatlar qarşısında növbələrin qarşısını alacaq, yaşlı insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək göstərəcək. Azərbaycan Beynəlxalq Bankı öz bankomatlarının işlək səthinin gündəlik dezinfeksiya olunmasını da təmin edir.

Bank pensiyaçıları ödənişlərini mümkün qədər nağdsız aparmağa çağırır. Nağdlaşdırmanın zəruri olduğu hallarda isə bank bütün müştərilərinə karantin rejiminin tələblərinə riayət edərək bankomatlar qarşısında ən azı 2 metr məsafə saxlamağı tövsiyə edir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.