Milli Məclisdə Elman Rüstəmovun məsələsinə baxılacaq
06 aprel 2020 12:27 (UTC +04:00)

Milli Məclisdə Elman Rüstəmovun məsələsinə baxılacaq

Milli Məclisin aprelin 9-u keçirilən iclasının gündəliyinə dəyişiklik olub.

APA-nın Milli Məclisin saytına istinadən verdiyi məlumata görə, gündəliyə Elman Rüstəmovun Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ daxil edilib. 

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri E. Rüstəmovun səlahiyyət müddəti bu il aprel ayının əvvəlində bitib.

 

Beləliklə, Milli Məclisin aprelin 9-na təyin olunmuş plenar iclasının gündəliyinə daxil edilən məsələlərin sayı 6-ya çatıb.

Bundan əvvəl plenar iclasda Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatın, ikinci oxunuşda "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihələrinin müzakirəyə çıxarılacağı açıqlanmışdı.

# 1601
avatar

Oxşar yazılar