Kulis.az 9 yaşına çatdı
04 aprel 2020 11:15 (UTC +04:00)

Kulis.az 9 yaşına çatdı

Bu gün kulis.az-ın 9 yaşı tamam olur. Bir sayt, dərgi üçün böyük rəqəmdir. Bu böyüklüyü artıran bir məqam da var: “Kulis” qarşısına qoyduğu böyük hədəflərə çatıb. Bunu əminliklə demək olar.

Ölkənin ən genişmiqyaslı mədəniyyət portalı olan Kulis.az 4 aprel 2011-ci ildə fəaliyyətə başlayıb. Öndə gedən qələm sahiblərini öz ətrafında birləşdirən sayt az bir zamanda çox geniş oxucu auditoriyasını formalaşdıra bildi.

Saytda mədəniyyət və incəsənətin müxtəlif sahələri üzrə, o cümlədən ədəbiyyatla bağlı on minlərlə material yer alıb. Bunların içərisində povestlər, hekayələr, şeirlər, dramlar, müsahibələr, reportajlar, esselər, tənqidi məqalələr, araşdırmalar, təhlili yazılar, dəyirmi masalar, sorğular, əhatəli müzakirələr, mədəniyyət xəbərləri, eyni zamanda video-materiallar vardır.

Sayt Azərbaycanın zəngin mədəni irsinin daimi təbliği ilə yanaşı, dünya mədəniyyətinin ölkəmizdə tanınması, təbliği, bu haqda yeniliklərin mütəmadi işıqlandırılması işində aktivlik göstərir. Azərbaycanla yanaşı, dünyanın ən ümdə ədəbi-mədəni prosesləri haqqında məlumatlar verilir, təhlillər aparılır, maraqlı tərcümələr təqdim olunur.

Hər il fəaliyyətini daha modern tələblərə uyğun qurmağa çalışan Kulis.az həm də fəaliyyət və mövzu istiqamətini genişləndirməkdədir. Bu gün saytda cəmiyyətin ictimai marağına səbəb olan məsələlər də mədəni-kulturoloji aspektdə müzakirə edilir, dövrün xarakterinə uyğun maarifləndirmə işləri aparılır.

Kulis.az oxucusu dünyada və Azərbaycanda baş verən ən vacib ədəbi-mədəni hadisələrdən xəbərdardır.

9 yaşı münasibətiylə həmkarlarımızı təbrik edib, yeni yaradıcılıq uğurları arzulayırıq!

# 1191
avatar

Oxşar yazılar