931
13:13
27 Mart 2020

"Xaricdəki tələbələrin təşvişə düşməsinə əsas yoxdur" - XİN sözçüsü

“Dünyanı bürüyən koronavirus təhlükəsi ilə bağlı müxtəlif ölkələrdə olan tələbələrin valideynlərinin təşvişə düşməsinə ciddi əsas yoxdur. Xarici ölkələrdə olan tələbələrin olduqları ölkələrdə qalmaları daha yaxşı olar”.

Lent.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva APA TV-nin “APAralel” verlişində deyib.

Hazırda tələbələrin və eləcə də Azərbaycan vətəndaşlarının daha çox hansı ölkələrdə sıx olmalarına gəlincə, L.Abdullayeva Türkiyə, Ukrayna, Macarıstan kimi ölkələrdə tələbələrin daha çox olduğunu açıqlayıb: “Tələblərin bir qismi xüsusi təşkil olunmuş reyslərlərlə ölkəyə gətirilib. Türkiyədə olan bir qrup tələbə təşkil olunmuş reysləri gözləməyib, təşvişə düşərək İğdıra gəlib və oradan Naxçıvan vasitəsilə ölkəyə keçmək istəyib. Buna görə də İğdırda qalan tələbələr var. Onlar hazırda Naxçıvana gətirilib karantində saxlanılır. Daha sonra Bakıya gətiriləcək və yenə də karrantində tutulacaq. XİN-nin qarşısına gələn valideynlərə də deyirik ki, ən düzgünü tələbələrin olduqları yerdə qalmasıdır. Türkiyə dövləti tələbələrin öz ölkəsinə dönməsi ilə bağlı heç bir çağırış etməyib. Əgər övladınızı, özünüzü fikirləşirsinizsə, ən yaxşısı onların olduqları yerdə təhlükəsiz şəkildə qalmasıdır”.

Leyla Abdullayeva bu günə kimi müxtəlif ölkələrdən 10 minə yaxın Azərbaycan vətəndaşının ölkəyə gətirildiyini də vurğulayıb.