Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.
Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.