570
14:36
24 Mart 2020

Koronavirusa yoluxanların sayı 4 gündə 100 min artdı

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun yayılması ilə bağlı yeni məlumat açıqlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təşkilat pandemiyanın dünya miqyasında sürətləndiyini və cəmi 4 gündə yoluxma sayının 200 mindən 300 minə qədər artdığını bildirib.