Çexiyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alındı
23 mart 2020 08:26 (UTC +04:00)

Çexiyada koronavirusdan ilk ölüm hadisəsi qeydə alındı

 

Çexiyada bazar günü koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb. 

APA TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Böhran Vəziyyətinə Qarşı Mübarizə Mərkəzi Qərargahının sədri, Səhiyyə nazirinin müavini Roman Prımula məlumat verib.

O bildirib ki, ölən 95 yaşlı kişi koronavirusa yoluxsa da bir çox xəstəliklərdən də əziyyət çəkirmiş: “Lakin bütün hallarda ölümünün əsas səbəbi COVID-19 olub. Statistik olaraq bu ölüm Çex Respublikasında koronavirusdan ilk ölüm kimi qeydə alınıb”. 

Xatırladaq ki, Çexiyada koronavirusa yoluxma halı martın 1-də aşkarlanıb. Bu günədək 1120 nəfər virusa yoluxub. Son bir gündə isə 125 yoluxma təsdiqlənib. 6 nəfərin sağaldığı bildirilir. 

# 691
avatar

Oxşar yazılar