"Bütün respublikanın maska təminatı bizim səlahiyyətimizdə deyil" - RƏSMİ
28 fevral 2020 18:53 (UTC +04:00)

"Bütün respublikanın maska təminatı bizim səlahiyyətimizdə deyil" - RƏSMİ

"Bizin xəstəxanaların və tibb personalının maska və ya spirt çatışmazlığı problemi yoxdur. Amma bütün respublikanın maska və tibbi spirtlə təminatı bizim səlahiyyətimizdə deyil".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, təkcə koronavirusa aid deyil, bütün respirator xəstəliklərdə xəstə adam maska taxmalıdır.: "Sağlam adamın isə maska taxmasına ehtiyac yoxdur. Bu maskalar o qədər qoruyucu deyil, xəstə adam maska taxmalıdır ki, virusun yayılmasının qarşısını alır. Xəstəxanalarda tibb işçiləri üçün qoruyuculuğu yüksək olan xüsusi maskalar var, bu isə apteklərdə satılmır".

# 1963
avatar

Oxşar yazılar