AXCP üzvünə qəsd edilməyib – RƏSMİ
24 fevral 2020 16:59 (UTC +04:00)

AXCP üzvünə qəsd edilməyib – RƏSMİ

 

Vətəndaş Ruslan Nəsirlinin müraciəti ilə əlaqədar fevralın 22-də Nəsimi rayonu, A.Mustafayev küçəsində onun həyatına qəsd olunması ilə bağlı iddiaları tam və hərtərəfli araşdırılıb. 

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, həmin şəxs müəyyən olunaraq Baş İdarəyə dəvət olunub, onun hərəkətlərində “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq, manevr qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq edilib. 

Araşdırmalar zamanı R.Nəsirliyə qarşı hər hansı qəsd faktı təsdiqini tapmayıb.

Qeyd edək ki, Ruslan Nəsirli AXCP-nin üzvüdür. 

 

# 1340
avatar

Mehman Nəbiyev

Oxşar yazılar