MSK 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə şikayəti təmin etməyib
22 fevral 2020 17:27 (UTC +04:00)

MSK 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə şikayəti təmin etməyib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi ilə bağlı qeydiyyata alınmış namizəd Tahir Poladzadənin müraciətinə baxılıb.

APA-nın məlumatına görə, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, T. Poladzadənin müraciəti ilə əlaqədar araşdırma aparılıb və iddia edilən qanun pozuntuları təsdiqini tapmayıb. Buna görə də müvafiq Dairə Seçki Komissiyasının (DSK) qərarının qüvvədə saxlanılması təklif olunub.

MSK müraciətin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Qeyd edək ki, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi üzrə lider namizəd Eldar Quliyevdir.

# 2139
avatar

Oxşar yazılar