Borcu olan 57 nəfər saxlanıldı
20 fevral 2020 11:23 (UTC +04:00)

Borcu olan 57 nəfər saxlanıldı

Dünən respublikada gün ərzində törədilən 35 cinayətin üstü “isti izlər”lə açılıb. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 74 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında baş verən 1 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

# 1220
avatar

Mehman Nəbiyev

Oxşar yazılar