462
09:50
13 Fevral 2020

Avtobusda cibgirlik edən şəxs saxlanıldı

Bakıda oğurluğa görə saxlanılan şəxsin digər əməlləri üzə çıxıb.

Lent.az -ın məlumatına görə, Bakı şəhər Baş Polis İdar əsi Cinayət Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşları oğurluğa görə saxlanılan əvvəllər Cinayət Məcəlləsinin 177 və 234-cü maddələri ilə məhkum olunmuş 54 yaşlı Bakı sakini Elçin Novruzovun ətrafında əməliyyat tədbirləri aparıb.

Nəticədə onun yanvarın 26-da günorta saatlarında Bakıxanov qəsəbəsində 55 saylı marşrut avtobusunda 34 yaşlı Bakı şəhər sakini R.Niftəliyevanın çantasından 450 manat pulunu cibgirlik yolu ilə oğurladığı məlum olub.