13:26
09 Fevral 2020

"Aston Villa"nın kapitanı bu komandaya keçir

"Aston Villa"nın kapitanı Cek Qriliş yeni komandasını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"lə anlaşıb.

"Real" və "Barselona"nın da maraq dairəsində olan Qriliş "qırmızı şeytanlar"la müqavilə şərtlərini razılaşdırıb. Hücumameyilli oyunçu hətta Mançesterdə ev axtarışına da başlayıb. "Mankunianlar" artıq "Aston Villa" ilə də danışıqlara start verib. Bu keçidin 35 milyon avroya başa gəlməsi və Qrilişin yayda "Mançester Yunayted"lə uzunmüddətli müqavilə bağlaması gözlənilir.

Qeyd edək ki, Cek Qriliş bu mövsüm 27 oyunda 9 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Dİgər xəbərlər