
Mətbuat Şurasında “qaynar xətt” yaradıldı

Azərbaycan Mətbuat Şurasında bu gün keçirilən növbədənkənar parlament seçkilərini işıqlandıran jurnalistlərin üzərinə düşən missiyanı səmərəli yerinə yetirmələri, bu istiqamətdəki mümkün problemlərin və anlaşılmazlıqların dərhal aradan qaldırılmasını təmin etmək üçün “qaynar xətt” təşkil olunub.
Lent.az-a Mətbuat Şurasından verilən məlumata görə, qurumun (012) 441 35 96 şəhər, (050) 206 96 02 mobil telefon nömrələri saat 08.00-dan 19.00-dək bu rejimdə işləyəcək. “Qaynar xətt” Mərkəzi Seçki Komissiyası və digər müvafiq dövlət qurumları ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.
MŞ kütləvi informasiya vasitələrinin parlament seçkilərində peşə fəaliyyətlərini həyata keçirmələrinin, onlara yaradılmış şəraitin monitorinqini də aparır. Şuranın İdarə Heyətinin üzvləri bu məqsədlə ölkəmizin müxtəlif bölgələrindəki, habelə paytaxt Bakıdakı seçki dairə və məntəqələrində olacaq, prosesi bilavasitə izləyəcəklər.
“Qaynar xətt”in fəaliyyəti və MŞ-nin İdarə Heyəti üzvlərinin müşahidələri ilə bağlı gün ərzində məlumat veriləcək, o cümlədən yekun hesabat da hazırlanacaq.

Oxşar yazılar

Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20