10:08
08 Fevral 2020

Tanınmış meyxanaçı ölümdən döndü: "Yeməyinə mismar atdılar"

Meyxanaçı Namiq Məna ölümdən dönüb.

Lent.az -ın məlumatına görə, söz ustası bu barədə “Ona qalsa” verilişində danışıb:

“1991-1992-ci illərdə sənətdə iri addımlarla irəliləyirdim. O vaxt mənim yeməyimə balaca gül mismar atmışdılar. Həmin vaxt idmanla məşğul olduğuma görə bunun heç fərqinə varmadım. Mismar 3 ilə yaxın boğazımda qaldı. Həyatdan köçməyimə 10 gün qalmışdı. Elə şeylər var ki, onları sözlə ifadə etmək olmur. Biri var, dərdinin nə olduğunu biləsən, biri də var ki, niyə belə olduğunu bilmirsən. Arada boğazım sancırdı, elə bilirdim toylara getməkdəndi. Amma sonra bu mənə təzyiq verdi, arıqlatdı, yatağa saldı. Sonra bir seyid baxdı, dedi ki, boğazında mismar var. Mismarı çıxartdılar, sonra yaxşı oldum”.

Dİgər xəbərlər