436
13:03
05 Fevral 2020

Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcək.

Lent.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyəti təmsil edəcək.