ABŞ-da ilk dəfə ölümcül virusla bağlı bu hal aşkarlandı
31 yanvar 2020 02:26 (UTC +04:00)

ABŞ-da ilk dəfə ölümcül virusla bağlı bu hal aşkarlandı


ABŞ-da koronavirusun ilk dəfə olaraq insandan insana yoluxması hadisəsi qeydə alınıb. 

APA yerli CNBC telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi, eləcə də İllinoys Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, xəstəlik Çindən gələn 60 yaşlı şəxsdə aşkarlanıb.

Milli İmmunitet və Tənəffüs Xəstəlikləri Mərkəzinin direktoru Nensi Missoqnier bildirib ki, ictimai səhiyyə sahəsində vəziyyət çox ciddidir: “Zaman keçdikcə xəstəliyin yeni hallarının olacağını gözləmək olar və bu, virusun insandan insana ötürülməsi təhlükəsini artıracaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1488

Oxşar yazılar