“Qəbələ” fransalı futbolçu ilə müqavilə bağladı
30 yanvar 2020 17:58 (UTC +04:00)

“Qəbələ” fransalı futbolçu ilə müqavilə bağladı


Mövsümün ikinci yarısına hazırlıqları davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb. “Qırmızı-qaralar” qış “transfer pəncərəsi”ndə fransalı futbolçu Abdelrafik Jerarın keçidini rəsmiləşdirib. 

Apasport.az saytının məlumatına görə, 27 yaşlı mərkəz yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə imzalanıb.

Jerar peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-19-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.

Qeyd edək ki, “Qəbələ” bunadək qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyevi heyətinə qatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1731

Oxşar yazılar