“Facebook”dan məxfiliyi gücləndirəcək YENİ FUNKSİYA
29 yanvar 2020 19:47 (UTC +04:00)

“Facebook”dan məxfiliyi gücləndirəcək YENİ FUNKSİYA

"Facebook" məxfiliyi gücləndirmək üçün yeni funksiyalar istifadəyə verməyə hazırlaşır. Bu, istifadəçilərə məxfilik parametrlərini yoxlamağa və ona dəyişikliklər etməyə imkan verəcək. 

Lent.az "ictnews"a istinadən xəbər verir ki, sosial şəbəkə yaxın vaxtlarda istifadəçilərə onları "Məxfilik yoxlanışı" bölməsinə (Privacy Checkup) yönəldəcək bildirişlər göstərməyə başlayacaq. Həmin bölmədə istifadəçilər bütün məxfilik parametrlərini yoxlaya və lazımlı dəyişikliklər edə biləcəklər.

Bundan başqa, sosial şəbəkə "Facebook-dan kənar aktivliyiniz" (Off-Facebook Activity) adlı bölmə də istifadəyə verəcək. Bu bölmə istifadəçilərə onların fərdi informasiyasını şirkətlə paylaşan xidmət və yerlər haqqında məlumat verəcək.

# 1186
avatar

Oxşar yazılar