Vulkan sahəsində turizm kompleksi: tədqiqatlar aparıldı
27 yanvar 2020 14:38 (UTC +04:00)

Vulkan sahəsində turizm kompleksi: tədqiqatlar aparıldı

 

Dövlət Turizm Agentliyi Ərzani palçıq vulkanı sahəsində elmi-tədqiqatların aparılması, lazımi məlumat və təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna müraciət edib.

İnstitutdan Lent.az-a verilən məlumata görə, qurumun Palçıq vulkanizmi şöbəsi tərəfindən sözügedən sahədə iki mərhələdən ibarət tədqiqatlar aparılıb. Ərzani daxil olmaqla, marşrut xəttinə yaxın digər palçıq vulkanları araşdırılaraq öyrənilib.

Ərzani sahəsində nəzərdə tutulan tikinti işlərinə dair tədqiqatların nəticələri nəzərə alınmaqla müvafiq tövsiyə və təkliflər Agentliyə hesabat şəklində təqdim olunub. Bundan başqa, iki mərhələli hesabatlarda tibbi baxımından müalicəvi hesab edilən Azərbaycanın palçıq vulkanlarına, həmçinin brekçiyanın xammal kimi istifadəsinin perspektivliyinə dair araşdırmaların nəticələri də öz əksini tapıb. Müqavilənin müddəalarına uyğun olaraq, şöbənin əməkdaşları tərəfindən Azərbaycanın palçıq vulkanlarının püskürmə məhsullarından ibarət sərgi nümunələri toplanıb etiketlənib və Agentliyə təqdim edilib.

# 866
avatar

Oxşar yazılar