Bu ölkədə ictimai nəqliyyatda ətir vurmaq olur?
26 yanvar 2020 19:21 (UTC +04:00)

Bu ölkədə ictimai nəqliyyatda ətir vurmaq olur?

Bu ilin əvvəlində Portuqaliyanın Respublika Assambleyasına ictimai nəqliyyatda ətir vurmağı qadağan etmək barədə petisiya verilib.

Mario Markes dos Reysin 2019-cu il 29 noyabr tarixli petisiyası Respublika Assambleyasında bu il yanvarın 2-də qəbul edilib. M.Markes ictimai nəqliyyatda ətriyyatdan istifadəni qadağan etməyə çağırır, çünki ətriyyat məhsullarındakı kimyəvi maddələr yuyucu maddələr qədər sağlamlığa ziyan vurur. Ərizəçinin fikrincə, ictimai yerlərdə və nəqliyyatda tütünün istifadəsini məhdudlaşdıran qanun ətriyyat məhsullarına da şamil edilməlidir.

(AZƏRTAC)

# 2414
avatar

Oxşar yazılar