Xızı rayon sakininin evindən döyüş sursatları aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Giləzi qəsəbə sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Kamal Əhədova məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçiriblər. Bu zaman bir ədəd F1 və iki ədəd RQD5 əl qumbaraları, bir ədəd UZRQM, 66 ədəd 7.62 mm, 78 ədəd 12.7 mm və üç ədəd 14.5 mm patronlar, eləcə də müxtəlif avtomobillərə məxsus 3 ədəd dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.
Faktla bağlı Xızı rayon Polis Şöbəsində araşdırmalar aparılır.