ABŞ-dan gözlənilməz turizm qərarı: Hamilə qadınlara qadağa
24 yanvar 2020 19:56 (UTC +04:00)

ABŞ-dan gözlənilməz turizm qərarı: Hamilə qadınlara qadağa

ABŞ-da Tramp hökuməti uzun müddətdir müzakirə olunan doğum turizmi vizası ilə bağlı konkret addım atıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Ağ Evdən verilən açıqlamada, “Yanvarın 24-dən etibarən Xarici İşlər Nazirliyi Amerika torpaqlarında doğuş edərək, uşaqlarına müxtəlif variantla ABŞ vətəndaşlığı almaq istəyənlərə turizm vizası verilməyəcək” bildirilib.

Açıqlamada sözügedən qərarın beynəlxalq və ictimai təhlükəsizlik baxımından önəmli olduğu vurğulanıb.

Əcnəbilərin Amerikada doğuş həyata keçirməsini xəstəxanalara böyük yük olduğu qeyd edilən açıqlamada, “Bu qanun bəzi sui-istifadələri aradan qaldıracaq və ABŞ-ı beynəlxalq təhlükəsizliyə qarşı qorumuş olacaq” sözləri də yer alıb.

# 1387
avatar

Oxşar yazılar