Qəbələdə 6 otaqlı ev yanıb
22 yanvar 2020 18:22 (UTC +04:00)

Qəbələdə 6 otaqlı ev yanıb

 

Qəbələdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, Qəbələ rayonunun Mıxlıqovaq kəndində ümumi sahəsi 264 m² (hər mərtəbəsi 132 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 132 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1090
avatar

Oxşar yazılar