Əməkdar artist Rozanı BİABIR ETDİ: "Niyə gizlədirsən?"
22 yanvar 2020 14:16 (UTC +04:00)

Əməkdar artist Rozanı BİABIR ETDİ: "Niyə gizlədirsən?"

Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyatlarını gizlədən həmkarlarını tənqid edib.

Lent.az-ın məlumatına görə, müğənni "ATV maqazin onlarla" verilişində bildirib ki, həmkarı Roza Zərgərli əməliyyat etdirdiyini boynuna almır: "Roza, sən əməliyyat etdirməmisən? Səni əməliyyatdan əvvəl də, sonra da görmüşəm. Niyə boynuna almırsan, gizlədirsən? Amma Könül Kərimova gizlətmir, deyir, çox əməliyyat etdirib. İstəyərəm gedim soruşum, əməliyyat edənlər açıq desinlər. Mən də gedim orada etdirim. Amma bizimkilər gizlədirlər. Bunu niyə gizlədirsiniz? Onsuz qohumlarınız biləcək, ətrafda deyəcək. Aygün Kazımova hər zaman əməliyyatlarını açıq deyib".

# 96413
avatar

Yalçın UĞUR

Oxşar yazılar