Polis kənddə qanunsuz saxlanılan ov tüfəngi aşkarladı
20 yanvar 2020 09:12 (UTC +04:00)

Polis kənddə qanunsuz saxlanılan ov tüfəngi aşkarladı

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah aşkarlanaraq götürülüb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən müvafiq sənədləri olmayan bir ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

# 1057
avatar

Oxşar yazılar