1295
18:31
19 Yanvar 2020

Azərbaycanda yanacaq doldurma məntəqəsinə hücum edildi - FOTO

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, 18 yanvar 2020-ci il tarixində Tavuz rayonunun yanacaq doldurma məntəqəsində mənimsəmə hadisəsi baş verib. Beləki Qovlar şəhər sakini Röyal Əhmədov DİN-in 102 Zəng Mərkəzi Xidmətinə müraciət edərək işlədiyi yanacaq doldurma məntəqəsində naməlum şəxsin ona küt alətlə vuraraq məntəqəyə məxsus pulu götürməsi barədə məlumat verib.


Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, R. Əhmədov əvvəlcədən dostları ilə planlaşdıraraq ona qarşı quldurluq hadisəsini törədilməsini təşkil edib. Bu işdə ona Tovuz rayon Qovlar şəhər sakinləri Hüseyn Cəfərov və Vüsal Quliyev köməklik edib. Hər üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət hadisəsini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir