Fəlakətli təbii yanğınlardan zərərçəkən Avstraliya ekosistemlərinin bərpası prosesi ən azı bir əsr çəkəcək.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu xəbərdarlığı yanğın təhlükəsizliyi üzrə ekspertlər ediblər.
Duman tək qitədə deyil, qonşu Yeni Zelandiya dövlətində də normal həyata mənfi təsir edir.
NASA-nın məlumatına görə, Avstraliyanın şərqində yanan bitkilərin tüstüsü artıq dünyanın yarısını bürüyüb. Yanğının ümumi sahəsi isə 10 milyon hektara çatıb.
Ötən ilin payızından bəri davam edən yanğın nəticəsində ötənlərin sayı 20 nəfərdən çoxdur. Ekoloji fəlakətin qurbanları milyarddan çox heyvan da olub.