“Əlibaba və qırx quldur” Şuşa teatrında
13 yanvar 2020 13:34 (UTC +04:00)

“Əlibaba və qırx quldur” Şuşa teatrında

Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası oynanılıb.

Lent.az xəbər verir ki, ərəb nağılı əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinovadır.

Tamaşanın quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.

Tamaşada Emin Sevdimalıyev, Türkay Cəfərli, Gündüz Qasımov, Nihad Heybətov, Zəhra Salayeva, Günel İmanova, Mobil Qurbanov və başqaları oynayıblar.

 

 

# 1973
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar