ATƏT PA parlament seçkilərinə müşahidə missiyası göndərəcək
08 yanvar 2020 15:52 (UTC +04:00)

ATƏT PA parlament seçkilərinə müşahidə missiyası göndərəcək

“ATƏT Parlament Assambleyası (PA) fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Azərbaycana seçki müşahidə missiyası göndərmək niyyətindədir”.

Bunu APA-ya ATƏT PA-nın mətbuat xidmətinin rəhbəri Nat Perri deyib.

O bildirib ki, müşahidə missiyasının göndərilməsi məsələsi hələ planlaşdırma mərhələsindədir.

“Ona görə də Parlament Asambleyasının müşahidəçilər heyətinin neçə nəfərdən ibarət olacağını söyləmək çətindir. Lakin iki il əvvəl keçirilən prezident seçkiləri üçün təxminən 50 müşahidəçimiz Azərbaycana səfər etmişdi. Çox güman ki, bu seçkidə də oxşar rəqəm olacaq. Bildiyiniz kimi, tərəfdaş təşkilatımız ATƏT/DTİHB 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin yerləşdirilməsini tövsiyə edib”, - ATƏT PA-nın sözçüsü qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar