İtkin düşən daha bir azyaşlı qız tapıldı
07 yanvar 2020 19:46 (UTC +04:00)

İtkin düşən daha bir azyaşlı qız tapıldı

 

 

Quba rayon sakini Aslan İslamov gecə saatlarında rayon Polis Şöbəsinə müraciət edərək 3 yaşlı qızı Ayla İslamlının yaşadıqları evin həyətindən çıxaraq itkin düşməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a bildirilib ki, məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları dərhal rayon ərazisində axtarışlara başlayıblar. Nəticədə itkin düşən 3 yaşlı qız qısa müddətdə tapılaraq ailəsinə təhvil verilib.

Azyaşlı qızın valideynləri gecə saatlarında onların müraciətlərinə həssaslıqla yanaşaraq övladlarının sağlam halda, heç bir zərər görmədən tapılmasında göstərdikləri əvəzolunmaz xidmətlə görə başda DİN rəhbərliyi olmaqla Azərbaycan polisinə dərin minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3755

Oxşar yazılar