Ərdoğan İran və İraq prezidentləri ilə bölgədəki vəziyyəti müzakirə edib
04 yanvar 2020 19:09 (UTC +04:00)

Ərdoğan İran və İraq prezidentləri ilə bölgədəki vəziyyəti müzakirə edib

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı Prezidenti Həsən Ruhani və İraq Prezidenti Bərhəm Salehlə telefonla danışıb. 

APAnın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, danışıqlarda əsas müzakirə mövzusu bölgədə son günlər baş vermiş hadisələr və gərginliyin artması məsələsi olub.

Ərdoğanın hər iki həmkarı ilə ayrı-ayrı həyata keçirdiyi telefon danışığında ölkələrin ikitərəfli münasibətlərinə də toxunulub.

Qeyd edək ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisi öldürülüb. İranın Ali lideri ayətullah Seyid Əli Xamenei general Qasım Süleymaninin ölümü ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4809

Oxşar yazılar