Narkotik alveri edən keçmiş məhkumlar saxlanıldı
02 yanvar 2020 12:49 (UTC +04:00)

Narkotik alveri edən keçmiş məhkumlar saxlanıldı

Biləsuvar rayonunda narkotik alverçiləri saxlanılıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M. Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobilə baxış zamanı 1 kiloqram 226,09 qram heroin və 739,914 qram metamfetamin aşkar edilərək götürülüb.

M. Məmmədov və sərnişinləri olan əvvəllər məhkum olunmuşlar Sabirabad rayon sakini A. Paşayev və Ağcabədi rayon sakini M. Qasımov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1131

Oxşar yazılar